Haqqımızda

Fortex sərgi salonu artıq françayzinq sektorunda ixtisaslaşmış və dünyanın bir çox məşhur markalarının etibarını qazanmış PAY GROUP şirkətlər qrupunun bir hissəsi kimi fəaliyyət göstərir.

Missiyamız müxtrəlif kateqoriyalı otaq qapıları, giriş qapıları, qapı dəstəkləri, döşəmə örtükləri və divar kağızları məhsulları üzrə dünyanın ən zərif və ən etibarlı marka kolleksiyalarını bir araya toplamaq və “Konsept Sərgi Salonu" atmosferi ilə lüks həyat tərzinə rahatlıq təqdim etməkdir.

Şirkət siyasətimizə əsasən salonumuzda təqdim olunan məhsul xüsusiyyətləri müasir trendlərə cavab verməklə yanaşı həmçinin keyfiyyət standartlarına da cavab verir. PAY Group komandasının bir hissəsi olaraq biz müştəri ehtiyaclarını da nəzərə alaraq markaların uzun sürən seçim prosesinə xüsusi həssaslıqla yanaşırıq.

Və hal-hazırda Fortex sərgi salonumuzda təmsil olunan geniş təcrübəyə malik, xam malın hazırlanmasında tətbiq edilən ən sonuncu dünya standartlarına cavab verən Rusiya, Belarusiya, Amerika, İngiltərə, İtaliya və Almaniya istehsalı marka və məhsullarımızla müştərilərimizə zəmənət təqdim etdiyimiz üçün qürur duyuruq.

Eksklusiv məhsul çeşidi ilə yanaşı, seçilmiş markaların keyfiyyətlərini sübut etmək üçün müvafiq sertifikatlaşdırmalar əldə edilmişdir.