Stalnaya liniya

“Stalnaya liniya” zəngin tarix və yüksək dəyərlərə malik bir şirkətdir.

Hər il keçirilən peşəkar müsabiqələrin (“İlin seçimi - 2017”, “İlin ən yaxşı məhsulu” 2015, 2016, 2017, “Ən yaxşı  inşaat məhsulu”)  qaliblərinə çevrilən qapılarımız artıq 20 ildir ki, istehsal olunur.

Müasir avadanlıq və keyfiyyətli ehtiyat hissələrindən istifadə qapılarımıza tam zəmanət verməyə imkan verir. Keyfiyyətin idarə olunması sistemi isə İSO 9001-2015 standartına tam uyğundur.

Qapılar evinizin ümumi üslubunu tamamlandırır, onu yelçəkənlər, kənar səs və qoxulardan müdafiə edir.

Kotteclərdə quraşdırılan enerji qoruyucu qapılarımız real şəraitdə (uzaq Şimalda) sərt soyuq və şaxtanın sınağından keçərək, olduqca aşağı temperaturda belə səmərəliliyini sübut etmişdir.

Biz, fərdi dizaynlar üzrə qapıların hazırlanmasına xüsusi diqqət ayırırıq. 

Şübhəsiz, onlar evinizin mükəmməl üslubu və əhval-ruhiyyəsini vurğulayacaqdır. Şirkətimiz demək olar ki, istənilən rəng və ölçü üzrə qapılar hazırlayır.