El PORTA

el'PORTA qapıları – Rusiyada istehsal olunmuş, əsl İtaliya keyfiyyətinə malik qapılardır. Bu qapıların hazırlanmasında müasir dizayn, dəbli çalarlar və ən yüksək keyfiyyətə malik materiallardan istifadə olunur. Otaq arası el'PORTA  qapıları Ryazanda, müasir alman və italyan avadanlığının tətbiqi ilə istehsal olunur. Dekorativ örtüklərin müxtəlifliyi qiymət və istismar göstəriciləri nöqteyi-nəzərdən optimal seçim etməyə imkan verir.

  • 3D-Graf – yüksək sıxlığa malik struktur dekorativ materialdır. Qabarıq tekstura və orta davamlılıqla səciyyələnir.

Eko-şpon – təbii ağac kəsiyini oxşadan, anti-vandal dekorativ materialdır. Köhnəlməzlik, mexaniki zədə və solmaya qarşı yüksək davamlılıq, rütubətə qarşı orta davamlılıq ilə xarakterizə olunur.

  • Akva-qapılar – rütubətə davamlı qapılardır.
  • Emalit – minaya bənzər (halbuki, mina ilə müqayisədə daha yüksək istismar xüsusiyyətlərinə malik olan) çoxqatlı materialdır.