Torex

Polad və yanğın əleyhinə qapıları istehsal edən “Torex” zavodu öz sahəsində ən böyük Rus istehsalçısı sayılır. Metal emalı üzrə dünya liderləri tərəfindən istehsal olunmuş ən yeni avtomatlaşdırılmış avadanlıq ilə təchiz olunduğuna görə, Torex qapıları yüksək keyfiyyət göstəricilərinə malikdir. Qapıda ən azı 1 ədəd 4-cü sinfə (ən yüksək sinfə) mənsub kilidin mövcud olduğunu nəzərə alsaq, Torex-i ev təhlükəsizliyinin zamini kimi qələmə vermək olar.

Bundan əlavə, Torex qapıları möhkəmlik, etibarlılıq, istilik və səs izolyasiyası üzrə QOST 31173-2003 standartına tam şəkildə uyğundur. Buna səbəb – 27 illik təcrübəmizin nəticəsi olan qapı konstruksiyasıdır. Geniş çeşid, müxtəlif dizayn həllərinin və əlavə səth elementlərinin mövcudluğu zövqünüzə oxşayan, son hədd fərdi qapıların sifarişi və istehsalına imkan verir. İki və daha çox sıxlaşma konturunun köməyi ilə yel, qoxu və tozdan yüksək müdafiəyə nail olmaq mümkündür. Metal ekssentrikin quraşdırılması nəticəsində qapının xüsusi nizamlanmasını təmin etmək olar.