SK Filson

“SK Filson” – Britaniyanın divar kağızı və divar örtükləri istehsalçısıdır. Məqsədimiz – Britaniyanın ənənələri və mədəni irsinə sadiq qalaraq, yeni dizaynların hazırlanmasıdır.

İngiltərənin mərkəzində yerləşən şirkətimiz getdikcə artan tələbatı qarşılaya biləcək müxtəlif kolleksiyaların hazırlanması istiqamətində çalışır. Biz keyfiyyətli divar kağızlarının istehsalı ilə qürur duyuruq və bu sahədə 40 illik təcrübəyə malikik. Bu təcrübə peşəkar işçi həyətinin səyləri nəticəsində qorunub inkişaf etdirilir.

İşçilərimizin əzmkarlığı şirkətimizin aparıcı qüvvəsidir.

Müştərilərimizə üstün xidmət göstərmək niyyəti ilə, biz hər zaman biznesin optimallaşdırılması uğrunda yeni və unikal yollar axtarışındayıq. Bu o deməkdir ki, şirkət əsas məqsədini müştərilərinin müvəffəqiyyəti və razılığında görür. Məhz sizin uğurunuzun sayəsində, biz də uğura imza atmış oluruq. Həmçinin, biz məsafədən asılı olmayaraq bütün müştərilərimiz ilə möhkəm bağlantı qurmağı hədəf bilirik. Əgər siz də bu tədricən böyüyən ailənin bir üzvü olmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Sizinlə mütləq şəkildə əks əlaqə saxlanılacaq.

Növbəti addım olaraq, sizi saytımızla yaxından tanış olmağa dəvət edirik. Hər hansı bir sualınız yaransa, zəhmət olmasa bizimlə əlaqə saxlayın. Ümidvarıq ki, bloqumuzu nəzərdən keçirib, bu maraqlı səyahətdə bizə yoldaşlıq edəcəksiniz!