York

“York” şirkəti 1895-ci ildən bəri divar örtüklərinin istehsalı ilə məşğuldur. Şirkətin baş ofisi ABŞ-da, Pensilvaniya ştatının York şəhərində yerləşdir. Hal-hazırda, burada 250-yə yaxın işçi çalışır. Dizaynerlərimiz 1700-ci ildən başlayaraq bu günümüzü kimi toplanan arxivlərdən ilham alır. Bu, öz növbəsində, ölməz klassikanı qorumağa, ona ikini nəfəs verməyə imkan yaradır. 

Hazırsa, şirkət məhsullarını ABŞ-dan xaric 50 ölkədə əldə etmək mümkündür. Şirkətimizin qüruru – onun texnoloji təchizatıdır. Bir çox qədim çap maşını tədqiqat bölümünün əməkdaşları tərəfindən icad edilən  müasir maşınlar ilə yan-yana çalışır.

Divar örtüklərinin istehsalında növbəti üsullardan istifadə olunur: ofset çapı, təzyiq altında çap, növbəli trafaret çapı, fleksoqrafiya, rəqəmsal çap. Bütün hasilat ekoloji təmiz materiallardan və qeyri-toksik maddələrdən hazırlanır. Bu, “York” şirkətinin növbəti keyfiyyət göstəricisidir.

İşimizə qarşı duyduğumuz maraq və həvəs müxtəlif növ dizaynlarda öz əksini tapmışdır. York divar kağızları – dekorativ suvağın, çeşidli parça, qumaş və digər teksturalın real oxşarıdır. Cürbəcür naxışlar mika, Svarovski kristalları, habelə parıltı və kvarslı qum ilə bəzədilir.

Öz ənənələrinə sadiq qalaraq, “York” şirkəti qarşısına qoyduğu hədəfi dəf etməkdə – bütün dünyaya zövq verəcək və etibar doğuracaq Amerikan məhsulunun istehsalında – müvəffəq olmuşdur.