The Paper Partnership

“The Paper Partnership” heyrətamiz divar kağızlarına qarşı duyulan sevginin nəticəsində bir araya gələn peşəkar heyətdən ibarətdir. Şirkət divar kağızlarının istehsalında çoxillik iş təcrübəsinə malikdir. Ofislərimiz İngiltərənin cənubunda, Sasseks qraflığının valehedici kənd guşəsində yerləşir. Orijinal layihələrə rəhbərlik edən studiyamız həm müasir CAD texnologiyasından, həm də ənənəvi rəsm və çap üsullarından istifadə edir. Dünyanın 55 ölkəsindən olan müştərilərimiz ilə, “The Paper Partnership” gözoxşayan dizayn müəllifi və keyfiyyətli mal tədarükçüsü kimi nüfuz qazanmışdır.