Texam

“Texam” dizayn studiyasının divar kağızları istər istehsal texnologiyasına, istər tərtibatına görə yenilikçiliyi  ilə fərqlənir. Hər rəssamın başlıca ilham mənbəyi təbiətdir. “Texam” fransız divar kağızlarını bəzəyən şəkil və təsvirlər müxtəlif ekoloji motivləri təcəssüm etdirir və harmonik təbii fakturaları təkrarlayır. Fransız dizaynerlər “Texam” divar kağızlarının vasitəsilə otaqda əsl rahatlıq və təskinlik guşəsini yaratmaq üçün  onlara xas olan valehlik və hüsn ilə təbii materiallardan istifadə edirlər.