Fine Décor

Fine Decor Wallcoverings Ltd İngiltərədə, Çeşir qraflığının Holms Çapel kəndində yerləşən yüksəkkeyfiyyətli divar kağızı istehsalçısıdır. Yaradıcı heyətimiz təcrübəli və məqsədyönlü dizayner, kolorist, çapçı və məhsul mütəxəssislərindən ibarətdir.

Fine Decor Wallcoverings Ltd - 5-ci nəsil ailə müəssisəsidir. Burada 200-dən artıq işçi çalışır. Onlardan bəziləri 40 illik təcrübəyə malikdir, bəziləri isə həmin təcrübəyə yeniliklər qataraq, istehsal bilgilərimizi təkmilləşdirir. Biz zəngin proyekt portfelinə malikik və müəllifi olduğumuz hər bir layihə ilə qürur duyuruq. Biz öz sahəmiz üzrə İngiltərənin ən qədim müəssisələrindən biri sayılırıq və yürütdüyümüz yenilikçilik siyasəti sayəsində markamızı daima inkişaf etdiririk.